
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) daha iki əməkdaşının koronavirus testi müsbət çıxıb.
mobilmedia.az-ın məlumatına görə, qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva jurnalistlərə bildirib ki, İdman televiziyasının əməkdaşları Fikrət Adıgözəlli və Rövşən Binnətlinin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
O, qeyd edib ki, hər iki şəxs xəstəxanaya yerləşdirilib və müalicələri davam etdirilir: “Hazırda AzTV əməkdaşları növbəli qrafik əsasında işləyirlər. Əgər əvvəl 1000 nəfər işləyirdisə, indi biz onların sayını xeyli azaltmışıq”.



