
“İdman edərkən uzun müddət tibbi maska taxmaq həyatınızı təhlükəyə ata bilər”.
Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə tibb professoru Mehmet Sezai Taşbakan bildirib.
Onun sözlərinə görə, xüsusən də “N 95” maskaları nəfəs almaqda çətinlik yaradır: “Bu maskaları uzun müddət taxmaq qanda karbon qazının yığılmasına gətirib, çıxarır ki, bu da insanın huşunu itirməsinə, ani ölümlərə səbəb ola bilir”.
Professor adi halda cərrahi maskalardan istifadə olunmasını tövsiyə edib: “Bizim xalqa tövsiyə etdiyimiz maska cərrahi maskadır. Lakin bəzən insanlar yoluxucu xəstəliklərin yayılmasına qarşı mübarizə aparan mütəxəssislər, tibb işçiləri üçün nəzərdə tutulan maskalardan istifadə edirlər. Hansı ki, həmin maskaların adi hallarda istifadəsi doğru deyil. Xüsusən də idman edərkən, qaçarkən bu maskalardan istifadə etmək həyatımızı risk altına atmaq deməkdir”.
Xatırladaq ki, bir neçə gün öncə Uhanda 26 yaşlı şəxs maska ilə qaçdığı üçün ağ ciyəri partlamışdı. Müayinə zamanı məlum olmuşdi ki, maska taxaraq, qaçdığı üçün həmin şəxsin ağciyəri 90 faiz daralıb və ürəyi bədənin sağ tərəfinə doğru hərəkət edib.
Bu hadisədən əvvəl isə Çində bədən tərbiyəsi dərsində üzünə maska taxan iki şagird də ağciyər partlamasından ölmüşdü.



