
İran hökuməti tibbi maskaların ixracına müvəqqəti qadağa tətbiq edilməsi barədə qərar qəbul edib.
mobilmedia.az-ın xəbərinə görə, bu barədə İran Sənaye, Mədən və Ticarət Nazirliyinin nümayəndəsi və koronavirusla mübarizə üzrə İşçi qrupunun katibi Cəmşid Qolpur məlumat verib.
O bildirib ki, qadağa İran hakimiyyət orqanlarının iyulun 5-dən ictimai yerlərdə və qurumlarda tibbi maskaların məcburi taxılması ilə əlaqədar qəbul etdiyi qərardan sonra tətbiq olunub.
Xatırladaq ki, İranda son sutka ərzində COVID-19 virusundan 163 xəstə vəfat edib. Bu, pandemiya başlayandan bəri ölkədə bir gün ərzində qeydə alınan ən böyük ölüm sayıdır.(oxu.az)



