
Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
mobilmedia.az-ın məlumatına görə, Türkan qəsəbəsində minik avtomobili yük maşını ilə toqquşub.
Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Şahbazzadə Elşad Rəşad oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.



