
“Fourfourtwo” nəşri bütün dövrlərin ən yaxşı baş məşqçilərini açıqlayıb.
mobilmedia.az xəbər verir ki, 100 mütəxəssisin yer aldığı siyahıya şotlandiyalı Aleks Ferqyuson başçılıq edir.
1986-2013-cü illərdə İngiltərə klubu “Mançester Yunayted”ə rəhbərlik edən 81 yaşlı mütəxəssis bütün dövrlərin ən yaxşısı hesab edilir. İlk “üçlük”də qərarlaşan digər məşqçilər niderlandlılardır.
Türkiyənin bir mütəxəssisi “100-lüy”ə düşüb. “Qalatasaray”ın əfsanəvi çalışdırıcısı Fatih Terim 99-cu sırada yer alıb.
Ən yaxşı 10 məşqçi:
- Aleks Ferqyuson (Şotlandiya)
- Rinus Mixels (Niderland)
- Yohan Kroyff (Niderland)
- Bill Şenkli (Şotlandiya)
- Pep Qvardiola (İspaniya)
- Arriqo Sakki (İtaliya)
- Mett Basbi (Şotlandiya)
- Elenio Errera (Argentina)
- Ernst Happel (Avstriya)
- Valeri Lobanovski (Ukrayna)



