

Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova onu “hansısa katibə” adlandıran Ermənistan parlamentinin spikeri Alen Simonyana cavab verib.
mobilmedia.az xəbər verir ki, Zaxarova bu barədə öz teleqram kanalında paylaşım edib.
O öz paylaşımında dünyada katibə vəzifəsində çalışan bütün işçilərə öz dəstəyini ifadə edib: “Rəfiqələrim! Sizin işiniz, hətta ən yüksəksəviyyəli müdirin də uğurunun təminatçısıdır. Qrafiklərin tərtib edilməsi, görüşlərin təşkili, sənədlərlə iş, zənglərin qəbulu və milyonlarla digər tapşırıqlardan ibarət gündəlik zəhmət tələb edən əməyiniz olmadan bütün işlər yolunda getməyəcək. İnciməyin, əminəm ki, bu şəxs düşünmədən belə danışıb”.



