Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

32

Sentyabrın 8-dən müəllimlərin sertifikasiya imtahanlarının müsahibə mərhələsinə start veriləcək.

mobilmedia.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Müsahibə mərhələsinə dair Azərbaycan və rus bölmələri üzrə mövzular 18 avqust tarixində müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platforması vasitəsilə hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin