Moldova İrana qarşı sanksiyalar tətbiq edib

34

Moldova Rusiya ordusuna verdiyi yardıma görə İrana qarşı sanksiyalar tətbiq edib.

mobilmedia.az xəbər verir ki, bunu Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarov deyib.

“Moldova Avropa İttifaqının demək olar ki, bütün sanksiyalarına qoşulur”, – Zaxarov bildirib.

Beləliklə, Moldova Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Bosniya və Herseqovina, İslandiya və Lixtenşteynin ardınca Aİ-nin İrana qarşı sanksiyalarına qoşulub.

Aİ Moldovanın bu qərarını alqışlayıb.

Qeyd edək ki, Aİ-nin iyulun 20-də tətbiq etdiyi sanksiyalara pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması və istehsalında istifadə olunan komponentlərin İrana ixracına qadağa da daxildir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin