
Bəlucistan Avami Partiyasının senatoru Ənvar-ul-Haq Kakar bazar ertəsi and içərək Pakistanın müvəqqəti baş naziri vəzifəsinə başlayıb.
mobilmedia.az-ın məlumatına görə, mərasim İslamabaddakı prezident sarayında baş tutub. Yeni hökumət başçısının andını dövlət başçısı Arif Alvi qəbul edib. Tədbirdə həmçinin İslam Respublikasının mülki və hərbi rəhbərliyinin nümayəndələri, o cümlədən baş nazir postunu tərk etmiş Şahbaz Şərif, Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir, Senatın sədri Sadiq Sancrani və digər siyasi xadimlər iştirak ediblər.
Qeyd edək ki, Ənvaar-ül-Haq Kakar üç ay müddətində Pakistanın baş naziri vəzifəsini icra edəcək.



