Fərid Şəfiyev: “Fransanın siyasəti Cənubi Qafqazda sülhə xidmət etmir”

25

“Fransanın siyasəti Cənubi Qafqazda heç də davamlı sülhə xidmət etmir”.

mobilmedia.az-ın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasından ötrü səylər göstərir: “Ancaq Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına fərqli münasibət ortaya qoyur”.

F.Şəfiyev qeyd edib ki, Qoşulmama Hərəkatı vacib bir platformadır: “Bu Hərəkat Azərbaycanı dəstəkləyib”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin