Şəhid Səbuhi subay idi, xidmətə yeni başlamışdı – Naxçıvanın deputatı

29

“Şəhid Səbuhi Tağıyev Laçında hərbi xidmətə yeni başlamışdı”.

mobilmedia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Naxçıvandan seçilmiş deputatı Cəbi Quliyev deyib.

O, ötən gün erməni təxribatı nəticəsində şəhid olan Səbuhinin Şahbuz rayonu Badamlı qəsəbəsində dəfn olunacaq.

“Şəhidimiz Səbuhi Tağıyev həmin istiqamətdə xidmətə yeni təyin olunmuşdu. O, subay idi. Dəfn mərasimində mən də iştirak edəcəyəm. Ümumilikdə Naxçıvan səviyyəsində hər kəs vida və dəfn mərasimində iştirak edəcək”, – deputat vurğulayıb.

Qeyd edək ki, aprelin 11-də Ermənistan ordusunun təxribatının qarşısını alan zaman şəhid olan hərbçilərimizindən biri Tağıyev Səbuhi Gündüz oğludur. O, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundandır.

Səhubi Tağıyev 1998-ci ildə Şahbazın Badamlı qəsəbəsindən anadan olub. O, Azərbaycan ordusunda MAXE (müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) kimi xidmət edirdi.

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Şəhidlərimiz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğludur.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin