
Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun başına iş gəlib.
mobilmedia.az axşam.az-a istinadən xəbər verir ki, Dubaya yollanan blogerin Rusiyada müvəqqəti qeydiyyatının vaxtı bitib. Buna görə də, onun adına olan bütün avtomobil nömrələri ləğv edilib.Bu haqda paylaşım edən Hüseyn 10 milyon rubl ziyana düşdüyünü deyib:“Niyə müvəqqəti? Ona görə ki, Moskvadakı “Moscow City” mənzillərinə qeydiyyata düşmək olmur. Mən başqa mənzildə qeydiyyatda idim. Moskvaya geri qayıtdım və görürəm ki, bütün avtomobillərimi qeydiyyatdan çıxarıblar. Çünki daha əvvəl dediyim kimi, qeydiyyatımın vaxtı bitib. Və avtomobilimin nişan nömrələri ləvğ edilib. Dəyəri 10 milyon rubl (təxminən 208 min manat) olan – O – 001 – CO – 99, T – 001 – OP – 99 nömrələr ləvğ olundu. Məcburiyyətdən yeni nömrə alıb, dəyişdirdim. Təbii ki, bu, müvəqqətidir. Daha yaxşı nömrələr alacağam. İndi köhnə nömrələrim heç kimə aid deyil, onları götürmək olmaz.Amma həyatımda nə baş verməsindən asılı olmayaraq, daha yaxşı olacağına inanıram”.



