Azərbaycan xilasedicilərinin bir qrupu Türkiyədən qayıtdı

26


Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin 238 nəfərlik qrupu Vətənə qayıdıb.

mobilmedia.az xəbər verir ki, xilasedicilər üçün Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı, səfirliyin müşavirləri, FHN rəsmiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycandan qardaş ölkəyə ümumilikdə 760 nəfər axtarış-xilasetmə heyəti gedib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin