İran 2 almaniyalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

26

İran Almaniyanın ölkədəki səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

mobilmedia.az xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani açıqlayıb.

Xatırladaq ki, fevralın 22-si Almaniya İranın Berlindəki səfirliyinin iki əməkdaşını “arzuolunmaz şəxs” elan etmişdi. Buna səbəb isə Tehranda İran-almanəsilli jurnalist Cəmşid Şahmahd barəsində ölüm hökmünün çıxarılması olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin