Yıldız Tilbe 12 ailənin kirayə pulunu verəcək

31


Zəlzələdən əziyyət çəkənlərə yardım üçün təşkil edilən kampaniyaya qatılan müğənni Yıldız Tilbe 12 ailənin 1 illik kirayə haqqını ödəyəcəyini açıqlayıb.

mobilmedia.az xəbər verir ki, zəlzələdən zərərçəkənlər üçün əlindən gələni etmək istədiyini bildirən müğənni, “Allah küçədə qalanların hamısına kömək olsun, amma biz də əlimizdən gələni edək” deyib.

O bildirib ki, 10 və ya 12 ailənin kirayəsini 1 il ərzində ödəyəcək.

“Mən kirayədə qalan ailələrlə görüşmək istəyirəm, çünki il ərzində təkcə onların kirayə haqqı deyil, digər əsas ehtiyaclarını da qarşılamaq istəyirəm”,- müğənni bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin