
“Yaxın günlərdə Brüsseldə Avropa İttifaqı prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistan-Azərbaycan görüşü planlaşdırılır”.
mobilmedia.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqində deyib.
O qeyd edib ki, ABŞ bu görüşdən konkret nəticə gözləyir. Ölkəsi Ermənistan-Azərbaycan danışıqlarına həddindən artıq optimist yanaşmasa da, prosesi dəstəkləməyə çalışır.




