Türkiyə Super Liqasının 3 oyunu təxirə salınıb

28


Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar Superliqada bu gün keçirilməli olan 3 oyun təxirə salınıb.

mobilmedia.az-ın məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) xəbər yayıb.

Bildirilib ki, ölkədəki vəziyyətlə bağlı “Ümraniyespor” – “Adana Demirspor”, “Fənərbağça” – “Konyaspor” və “Giresunspor” – “Kayserispor” matçları başqa vaxt oynanılacaq.

Bundan başqa, I və II Liqanın bəzi qarşılaşmalarının da vaxtı dəyişdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin