“Hatayspor” klubunun idman direktoru və futbolçusu dağıntılar altında qalıb

40

Türkiyənin “Hatayspor” klubunun daha iki üzvü dağıntılar altında qalıb.

mobilmedia.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb.

O bildirib ki, Super Liqa təmsilçisinin idman direktoru Taner Savut və qanalı futbolçusu Kristian Atsu zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Xilasedicilər həm klub rəsmisinin, həm də Qana millisinin hücumçusunun axtarışını davam etdirirlər.

Qeyd edək ki, “Hatayspor”un məşqçisi Gökhan Kağıtçıoğlu və futbolçusu Burak Öksüz dağıntılar altından çıxarılaraq, xilas edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin