“Twitter”in baş ofisindəki çarpayılar diqqət çəkdi

26

BBC jurnalisti Ceyms Kleyton “Twitter”in San-Fransiskodakı baş ofisinin işçiləri üçün quraşdırılmış çarpayıların fotolarını dərc edib.

mobilmedia.az xəbər verir ki, şəkillər müxbirin “Twitter” hesabında yerləşdirilib.

Onun sözlərinə görə, kabinetdə çarpayı kimi açıqlmış bir neçə divan da var. “Görünür, bir çox “Twitter” əməkdaşı gecəni işdə qalır”, – deyə o qeyd edib.

O bildirib ki, sosial şəbəkənin yeni sahibi İlon Mask da mütəmadi olaraq “Twitter”in ofisində yatır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin