Xudatda ana və qızı göbələkdən zəhərləndilər: Biri öldü

29

Xudat şəhərində ana və qızı göbələkdən zəhərləniblər.

mobilmedia.az xəbər verir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemət qızı göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R.Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Ç.Ağayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin