Azərbaycanda meymunçiçəyi ilə bağlı şübhəli hal yoxdur

27

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.

Qeyd olunub ki, müraciət edən şübhəli şəxs olmadığı üçün diaqnostik testlərdən istifadə edilməyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin