“Altıncı hissi” sayəsində milyon dollar qazandı

24

ABŞ-ın Şimali Karolina ştatının Berlington şəhər sakini intuisiya sayəsində lotereya bileti alıb və cekpot udub.

mobilmedia.az  xəbər verir ki, 46 yaşlı Entoni Pinniks şəhər mağazalarından birində ani lotereya bileti alıb. O iddia edir ki, onu bu addımı atmağa “altıncı hissi” vadar edib.

“Məndə bu bileti almalı olduğuma dair güclü bir hiss var idi”, – deyə o bildirib. Pinniks uduşunu tam şəkildə əldə etməyi seçib və 20 il ərzində hər il 50 min dollar (toplam 1 milyon dollar) almaq əvəzinə bir dəfəyə 426 min dollar alıb.

O, həyat yoldaşına yeni maşın almağı və pulun qalan hissəsini işə yatırmağı planlaşdırır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin