Azərbaycan Ordusuna yeni raket və döyüş sursatları alınıb

31

“Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb”.

mobilmedia.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.

O bildirib ki, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub.