
VKontakte və Teleqram sosial şəbəkələrinin yaradıcısı Pavel Durov 2021-ci ildə Rusiyada ən çox qazanan milyarderlərin reytinqinə başçılıq edir.
Millitirbuna.az xəbər verir ki, Durovun gəliri 2021-ci ildə 13.81 milyard artaraq 17.24 milyard dollar təşkil edib.
Reytinqdə ikinci yeri “Uildberries”nin yaradıcısı Tatyana Bakalçuk tutub. Bakalçukun sərvəti 1 il ərzində 11.92 milyard artaraq 13.02 milyard dollar olub. “Yevroxim”in rəhbəri Andrey Melniçenko 10.60 milyard dollarlıq qazancla siyahının üçüncü pilləsində qərarlaşıb.



