Səudiyyəli diplomat: “İran bizimlə oyun oynayır”

26

“Səudiyyə Ərəbistanı İranla konkret predmetlər üzərində danışıqlar aparmaq istəyir, lakin rəsmi Tehran gözləmə mövqeyi tutub və müzakirə “oyunlarını” aparmaqla məşğuldur.

mobilmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanının BMT-dəki nümayəndəsii Abdulla əl-Müəllimi tərəfindən kəskin ittihamlar səsləndirilib.

“Arab News” qəzetinə müsahibə verən Abdulla Əl-Müəllimi iki ölkə araında danışıqlarda ciddi nəticələrin əldə olunmadığını vurğulayıb. “Biz İran dövlətinin bölgədəki davranışları ilə bağlı müzakirələr aparmaq istəyirik. Lakin qarşı tərəfin günahından heç bir irəliləmə əldəolunmayıb. Buna görə, biz danışıqlar naminə danışıqlara getmək niyyətində deyilik”,-deyə o, qeyd edib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2016-cı ildə kəsilib. Hələ bu ilin oktyabrında İran tərəfi səudiyyələrlə müzakirələrin “olduqca mühüm nöqtəyə” gəlib çatdığını söyləmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin