
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
mobilmedia.az-ın xəbərinə görə, hərracda tələb 120,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 dekabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 7,6% azalıb.



