
Ağstafa şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
mobilmedia.az-ın məlumatına görə, iki minik avtomobili toqquşub. Hadisə nəticəsində Ağstafa rayon sakinləri – 1996-cı il təvəllüdlü Ə.Bayramlı və 1967-ci il təvəllüdlü E.Xalafov xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.



