“Bursaspor” klubunun yeni baş məşqçisi bəlli olub

28

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə “Bursaspor”unun yeni baş məşqçisi müəyyənləşib.

mobilmedia.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Deniz Kolgu yerli jurnalistlərə açıqlama verib.

O, Yücel İldizlə ilkin razılıq əldə olunduğunu bildirib. Kolgu komandanı “Menemenspor”la I Liqanın XVIII tur matçına məhz 68 yaşlı mütəxəssisin çıxaracağını bildirib.

Qeyd edək ki, Yücel İldiz bu vəzifədə Özcan Bizatini əvəzləyəcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin