Rusiyada heyvanların peyvəndinə başlanıldı

24

Rusiyada koronavirusa qarşı heyvanların peyvəndlənməsinə başlandığı bildirilib.

mobilmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bildirib.

Qurumun açıqlamasına görə, bəzi bölgələrin baytarlıq mərkəzlərində heyvanlara peyvənd tətbiqinə başlanılıb.

“Carnivak-Cov” adı verilən peyvənd artıq Avropa İttifaqı ölkələri, Argentina, Cənubi Koreya və Yaponiyada da maraqla qarşılanıb.

Qeyd edək ki, Rusiya “dünyada bir ilk” olaraq mart ayının sonunda heyvanlar üçün COVİD-19 peyvəndinin hazırlandığını açıqlamışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin