AB: Suriyadakı seçki həll səylərinə xələl gətirir

28

Seçkilərə köçkünlər, qaçqınlar və diasporda olanlar da daxil olmaqla, bütün suriyalılar təhlükəsiz və bitərəf mühitdə, azad və ədalətli siyasi rəqabətdə iştirak edəcəyi təqdirdə etibar edilə bilər.

mobilmedia.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

O, Suriyada keçirilən seçkilərin heç bir demokratik qaydaya cavab vermədiyini, ölkədəki problemin həllini təmin etməyəcəyini və həll yolundakı səyləri zəiflətdiyini bildirib:

“Bu seçki Suriya rejimi ilə beynəlxalq normallaşma təmin edə bilməz”.

Qeyd edək ki, Suriyada prezident seçkisi ötən gün keçirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin