“Baydenin “erməni soyqırımını” qəbul etməsi utancvericidir”

25

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini qondarma erməni soyqırımını qəbul etməsi Birləşmiş Ştatlardakı pullu lobbi qruplarına tarixi diktə etməsinə icazə verən kədərli və utancverici hərəkətdir, ancaq bu sürpriz olmadı”.

mobilmedia.az xəbər verir ki, bunu ABŞ-ın tanınmış tədqiqatçı jurnalisti, akademik Tomas Qoltz deyib.

“Soyqırım sözü dəyərini itirib. Bu günlərdə demək olar ki, o heç bir məna daşımayacaq qədər dəyərsizdir. Ruanda, Darfur, Bosniya, Uyğur və Azərbaycan (Xocalı-red) soyqırımı, göründüyü kimi hər kəsin özünəməxsusdur. Xahiş edirəm soyqırımı kimi sözlərə diqqətinizi dayandırın və ölkənizin inşa işinə davam edin”, – akademik əlavə edib (report).

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin