“Oskar” mərasimi ilk dəfə dörd məkanda keçiriləcək

26

Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimolunma mərasimi ilk dəfə eyni zamanda dörd məkanda keçiriləcək.

mobilmedia.az xəbər verir ki, pandemiya səbəbindən builki mərasim tam fərqli formatda təşkil olunacaq.

Belə ki, 2002-ci ildən bu yana Los-Ancelesdəki “Dolby” teatrında keçirilən tədbir, bu il həm də şəhərdəki “Union Station” dəmiryolu vağzalı binasının səhnəsində təşkil olunacaq.

Bununla yanaşı, mərasim iştirakçılarının bir qismi Londondakı Britaniya Kino İnstitutunda, digər bir qismi isə Fransanın “Canal+” telekanalının Parisdəki studiyasında toplaşacaq.

Qeyd edək ki, tədbir bu gecə, Bakı vaxtilə 04:00-da başlanacaq.(oxu.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin