
Artıq yeni bir dönəm başlayıb, buranın gerçək sahibi bəllidir.
mobilmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının qurulmasının 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışı haqda danışarkən deyib.
“1974-cü il… 2020-ci il… İllər keçsə də, bura belə qalıb. Biz də deyirik ki, artıq addım ataq. Ana Vətən olaraq, Şimali Kiprin yanında olacağıq. Buranı sanki məhkum ediblər. Şimali Kiprə qarşı edilən haqsızlığı, ədalətsiliyi həzm etmək mümkün deyil”, – Ərdoğan bildirib.(axar.az)




