
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
mobilmedia.az-ın məlumatına görə, hadisə Qarabağ rayonunun Müşfiq qəsəbəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Mikayılov Zəka İlham oğlu sükana nəzarəti itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarına aşıb.
Bədən xəsarətləri alan Zəka Mikayılov xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.(report)




