Vətən Müharibəsinin qəhrəmanları: Onlara borcluyuq!

28

 

Bu gün Azərbaycan əsgərinin ayaq səsləri Qarabağda eşidilir…

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bu tarix Azərbaycan hərb tarixində yeni bir səhifə açdı. Bu tarixin yazılmasında rolu danılmaz olan qəhrəmanlarımıza isə nə qədər minnətdarlıq etsək, azdır.

mobilmedia.az xəbər verir ki, bu qəhrəmanlardan biri də İsmayılov Taleh Hüseyn oğludur. Əslən Ordubad rayonundan olan Taleh İsmayılov 1993-cü il 2 oktyabr tarixində Bakı şəhərində anadan olub. O, 7 yaşında olarkən atası rəhmətə gedib. Ana və bir bacısı yaşayır. 2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub. Ali təhsili olmasa da, bacısının ali təhsil almasına dəstək olub. Nəticədə bacısı iki universitet bitirib. 2016-ci ildə Aprel hadisələri zamanı səfərbərlik üçün qeydə alınıb. O, 2020-ci il 27 sentyabrda başlayan Vətən Müharibəsində yenidən iştirak edib və döyüşlərdə iştirak edib. Düşmənin bir sıra hərbi texnikaları və silah-sursatının darmadağın edilməsində böyük rol olub.

Azərbaycan xalqı Sənin və digər yoldaşlarının fədakarlığını, qəhrəmanlığını unutmayacaq! Evinə sağ- salamat qayıdasan, Azərbaycan əsgəri!

 

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin