“Neftçi”nin sabiq futbolçusu saxlanıldı

29

“Neftçi”nin sabiq futbolçusu Fransisko Qarsiya həbs olunub.

Millitirbuna.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi sərxoş vəziyyətdə saxlanılıb.

29 yaşlı oyunçunun üzərində 140 qram marixuana aşkarlanıb. “Qato” ləqəbli futbolçu hazırda polis idarəsində saxlanılır.

Qeyd edək ki, Fransisko Qarsiya 2018-ci ildə “Neftçi”nin formasını geyinib. Bu ilin mayında Braziliya klubu “Banqu”dan ayrıldıqdan sonra işsiz qalan yarımmüdafiəçi əvvəllər də analoji problem səbəbindən həbs olunub.(qafqazinfo)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin