“Barselona”nın prezidenti sabah istefa verə bilər

27

İspaniya “Barselona”sının rəhbərliyi istefa verməyə yaxındır.

Millitirbuna.az xəbər verir ki, sabah klubun prezidenti Jozep Bartomeu və direktorlar şurasının üzvləri öz vəzifələrindən ayrıla bilərlər.

Bu, səlahiyyətli şəxslərin 1-2 noyabr tarixlərinə təyin olunan klub rəhbərliyinə etimadsızlıq səsverməsini təxirə salmaqdan imtinası halında baş verəcək.

Klub hesab edir ki, bölgədə koronavirusa yoluxma hallarında artım olduğu üçün təklif olunan referendum tarixləri seçicilərin sağlamlığını təhlükə altına alır.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin