Bakıda iki avtomobil toqquşub: yaralılar var

29

Bakının Suraxanı rayonunda avtomobil qəzası zamanı iki nəfər xəsarət alıb.

mobilmedia.az xəbər verir ki, hadisə keçmiş “Komsomol” dairəsi yaxınlığında qeydə alınıb.

1999-cu il təvəllüdlü Nahid Hüseynov idarə etdiyi “Chery” markalı avtomobillə əks yolla hərəkətdə olan “Renault” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə “Chery”nin sürücüsü N.Hüseynov və sərnişin – 1999-cu il təvəllüdlü Məcidli Mehman Pərviz oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin