Belarus iki ölkə ilə sərhədlərini bağladı

31

Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın sərhədlərinin bağlanması haqqında bildirib.

mobilmedia.az xəbər verir ki, sərhədlər Polşa və Litva ilə bağlanacaq. Belarus lideri vurğulayıb ki, bu qərar məcburiyyət üzündən qəbul edilib.

Lukaşenkonun sözlərinə görə, “ordunun yarısını qərb sərhədində saxlamalı, küçələrdən çıxarmalı idi”.

Daha əvvəl ölkə prezidenti qeyd edib ki, Belarus ordusunun yarısı qərb sərhədində yerləşdirilib. O, dəfələrlə Belarusu NATO qoşunlarının yerləşdiyi Polşa və Litva ərazisindən hərbi təcavüzün təhdid etməsi barədə xəbərdarlıqla çıxış edib/Report.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin