Tiflis İrəvana yardımla bağlı izahat verməlidir – Bokeriya

32

Azərbaycan mətbuatının Serbiyadan minomyotların Ermənistana Gürcüstan vasitəsilə çatdırılması barədə məlumatları həqiqət olarsa, bu, Gürcüstan və onun vətəndaşlarının həyatı əhəmiyyətli maraqlarına qarşı addım kimi qiymətləndiriləcək.

mobilmedia.az Report-a istinadən xəbər verir ki, bunu müxalif Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

Onun sözlərinə görə, informasiyalar yalnışdırsa, hakimiyyət problemi aradan qaldırmaq üçün dərhal reaksiya verməlidir: “Gürcüstan qonşuluqdakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bizim bu qarşıdurmanın hansısa formada alovlandırmağımız yolverilməzdir. Gürcüstan hakimiyyəti yayılan məlumatların yalan olması barədə beynəlxalq ictimaiyyəti və tərəfdaşımız Azərbaycanı inandırmalıdır”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin