Evdə müalicə alanların nəzərinə! – Bu dərmanlar tövsiyə olunmur

29

Virus əleyhinə antiviral dərmanların ev şəraitində qəbulu tövsiyə olunmur.

mobilmedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Evdə müalicə alan şəxslərin bu dərmanlara ehtiyacı yoxdur. Mən tövsiyə edirəm ki, vətəndaşlar evdə müalicəyə cəhd etməsinlər. Vitaminlərin evdə müalicə olunan şəxslərə çatdırılması təşkil olunur”.

O qeyd edib ki, apteklər Səhiyyə Nazirliyinin nəzarətində deyil: “Səhiyyə Nazirliyi dərman işi aparan depolara çatışmazlığı olan dərmanların gətirilməsi üçün tövsiyə verir. Mən bura gələndə bir neçə aptekə yaxınlaşdım və hərarət salan dərmanların olmadığını görmədim”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin