Tramp: “Demokratların İsraildən zəhləsi gedir”

36

“Demokratlar Partiyasının yəhudimənşəli nümayəndələri özlərini fələstinli kimi aparırlar”.

Bloger.az xəbər verir ki, bu sözləri ABŞ-nin sabiq lideri, yenidən prezidentliyə namizəd Donald Tramp Nyu-Cersi şəhərində baş tutan xeyriyyə yığıncağında çıxışı zamanı dilə gətirib.

O, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşünü xatırladaraq, onunla söhbətdə də bu mövzuya toxunduğunu diqqətə çatdırıb.

“Ondan soruşdum ki, axı yəhudilər niyə Demokratlar Partiyasına səs verirlər? Cavab verdi ki, bu sadəcə vərdişə çevrilib”, – Tramp deyib.