İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda yerləşən 4 şəhəri bombalayıb.
Bloger.az xəbər verir ki, hücumlar İsrailin nəzarətində olan Colan təpələrindəki Məcdəl Şəms kəndinə raket zərbəsinə cavab olaraq həyata keçirilib.
İsrail ilə Livan arasındakı gərginlik son həddədirMəlumata görə, futbol meydançasında partlayan raket azı 12 nəfərin ölümünə səbəb olub. Ölənlər 10-16 yaş arası uşaqlardır.
İsrail ordusu hücumda Livanın “Hizbullah” hərəkatını ittiham edib. Vəziyyətin gərginləşdiyi və İsrailin fəaliyyətini gücləndirdiyi bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk qoşunlarının lazım gələrsə, İsrail ərazisinə daxil ola biləcəyini deyib.




