Natiq Mehdi qətlə yetirilib – DİN

33

İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirilməsi məlum olub.

Mrb.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Müəyyən edilib ki, 1964-ci il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlu iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsi əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən Elsəvət İslamov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda hadisə ile bağlı araşdırma aparılır.

Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.APA