Azərbaycanda nazir müşaviri vəzifəsindən azad edildi

28

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə vəzifəsindən azad olunub.

Mrb.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Bildirilib ki, o, çalışmanın son yaş həddinə görə (pensiyaya çıxma yaşı) işdən çıxarılıb.

Qeyd edək ki, Rasim Səttarzadə 2021-ci ildən bu vəzifəyə təyin olunmuşdu. (report)