UEFA İsraildə keçiriləcək bütün oyunları ləğv etdi

29

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti iki həftə ərzində İsraildə himayəsi altında keçiriləcək bütün oyunları ləğv edib.

Mrb.az-ın məlumatına görə, bu barədə qurumun saytında məlumat verilib.

“UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları təxirə salır”, – məlumatda bildirilir.

Qeyd edilir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək İsrail və İsveçrə matçının qeyri-müəyyən müddətə təxirə salınır. Bundan əlavə, 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının iki oyunu təxirə salınıb, İsrail oktyabrın 12-də Estoniya, sonra isə oktyabrın 17-də Almaniya ilə qarşılaşmalıdır.