Biləsuvarda iki maşın toqquşub: yaralılar var

29

Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Mrb.az-ın məlumatına görə, hadisə dairəvi yolda baş verib.

“Opel” və VAZ-2106 markalı nəqliyyat vasitələri qəza törədib.

Nəticədə iki nəfər – 1990-cı il təvəllüdlü Əsgər Gülağa oğlu Quliyev və 2003-cü il təvəllüdlü Xəyal Şahin oğlu Qubadlı yüngül bədən xəsarətləri alıblar.
Hər iki nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb.

Faktla bağlı araşdırma aparılır.