“Barselona” “Qarabağ”ın rəqibinin futbolçusunu istəyir

42

İspaniyanın “Barselona” klubu Almaniya “Bayer”inin (Leverkuzen) futbolçusu Florian Virtsi transfer etmək istəyir.

mobilmedia.az xəbər verir ki, Kataloniya təmsilçisi növbəti transfer pəncərəsində 20 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa çalışacaq.

Alman futbolçu bu mövsüm Leverkuzen klubunun heyətində yeddi oyunda üç qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”, “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin