İranda qum fırtınası: 2107 yaralı

33

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində son 5 gündə 2107 nəfər qum fırtınasının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara müraciət edib.

mobilmedia.az xəbər verir ki, bu barədə Sistan-Bəlucistan viayətinin fövqəladə hallar üzrə rəhbəri Məcid Muhibbi məlumat verib.

Onun sözlərinə görə, hazırda 136 nəfərin müalicəsi davam edir.
Sistan-Bəlucistan Meteorologiya İdarəsinin baş direktoru Muhsin Haydari havada tozun miqdarının artması səbəbindən görmə qabiliyyətinin 500 metrə qədər azaldığını bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin