Bakıda yol qəzası: 2 yaralı

31

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi “187” nömrəli xətt avtobusunun toqquşması nəticəsində Opel Astra markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölmüş, avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

mobilmedia.az xəbər verir ki, faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin